• Bakı 21° C

    6.72 m/s

Əsgərləri Bakıda türmədə olan komandir Ermənistanda həbs edildi

HADİSƏ

15 Sentyabr 2021 | 14:33

Əsgərləri Bakıda türmədə olan komandir Ermənistanda həbs edildi

İkinci Qarabağ müharibəsi bitdikdən sonra əsir götürülmüş erməni hərbçilərinin işi ilə bağlı Bakıda keçirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandıran erməni əsgərləri yekdilliklə bir nəfərin - podpolkovnik Arsen Qazaryanın adını çəkdilər.

Bakıvaxtı.az xəbər verir ki, məhz onun əmri ilə erməni hərbçiləri üçtərəfli Moskva müqaviləsinə əsasən azad edilmiş Xocavənd rayonu ərazisinə daxil olublar.

Ermənistan İstintaq Komitəsi polkovnik-leytenant Arsen Qazaryanı erməni əsgərlərini əsir düşməsində günahlandıraraq həbs edib. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

O ,döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozmaqda (365 -ci maddənin 3 -cü hissəsi), xidmətdə səhlənkarlıqda (376 -cı maddənin 3 -cü hissəsi), döyüş sahəsini icazəsiz tərk etməkdə və ya silahla işləməkdən imtina etməkdə (380 -ci maddənin 1 -ci hissəsi), hərbi hissəni və ya xidmət yeri özbaşına tərk etməkdə (361 -ci maddənin 7 -ci hissəsi), rüşvət almada (311 -ci maddənin 1 -ci hissəsi) ittiham olunur .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026