“Həm İsrail, həm Fələstinlə ən üst səviyyədə diplomatik münasibətlərin inkişafı və tarazlığın qorunması ağıllı, zəruri və zamanlama baxımından doğru gedişdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, illərdir çox güzəştli yanaşırdıq ki, qonşunun bir şeylər xətrinə dəyməsin:
“Qanmadınız. Gedib Qafanda oturdunuz ki, bəs sizə buradan yol verməyəcəyik, bəs din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir. Siz gedib məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süfrəmizi bölüşməyimizə qatlanacaqsınız. Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər!”
Nuranə Daxilqızı
















