• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Fənərbağça” 3 qolla 3 xal qazandı

İDMAN

16 Fevral 2025 | 22:43 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” 3 qolla 3 xal qazandı

Türkiyə Superliqasında XXIV turun daha 4 oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” öz meydanında “Kasımpaşa” klubuna 3:1 hesabı ilə qalib gəlib. İstanbul təmsilçisinin heyətində qolları Yussuf En-Nesiri (2) və Oğuz Aydın vurublar. Qonaq komandadan isə Mamadu Fall fərqlənib.

Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Kasımpaşa” isə 31 xalla 8-ci sırada yer alıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Hatayspor” – “Alanyaspor” – 1:0

“Eyüpspor” – “Kayserispor” – 1:1

“Konyaspor” – “Samsunspor”

Qeyd edək ki, tura fevralın 17-də keçiriləcək “Rizəspor” – “Qalatasaray” matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026