“Dahi Üzeyir Hacıbəylinin irsi təbliğ olunmalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O, ISESCO-ya müraciət edərək təklif irəli sürüb:
“Biz Ərəb dünyası ilə qardaşıq. Bəs niyə “Leyli və Məcnun” operası Ərəbistanda səhnələşdirilmir? Axı bu, sizin də tarixinizi əks etdirir. Bizim ifaçılarımız həmin əsəri səhnəyə qoya bilər, hətta opera-filmi də çəkilə bilər”.
Əli Hüseynov