• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Formula-1" Azərbaycan Qran-Prisi öncəsi media üçün seminar keçirib

FORMULA 1

18 Aprel 2023 | 12:13

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi media üçün seminar keçirib

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, seminarda 2023-cü il "Formula-1" Azərbaycan Qran-Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. "Formula-1" Azərbaycan Qran-Prisi daxil olmaqla bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Paytaxt Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi "Formula-1" Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Yarış çərçivəsində Bakıda ilk dəfə Sprint yarışı baş tutacaq.   


SON XƏBƏRLƏR