• Bakı 12° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

“Frank-Valter Ştaynmayer elçi deyil, provokator çıxdı” - ŞƏRH

SİYASƏT

01 Aprel 2025 | 09:36

“Frank-Valter Ştaynmayer elçi deyil, provokator çıxdı” - ŞƏRH

“Tarixi baxımından ermənilərin Almaniyaya böyük nifərtləri var. Düzdür, faşist Almaniyası dönəmində faşizmin bəzi erməni nümayəndələrinin heykəlini qoyublar. Qaragin Njdenin dönəmini çıxmaq şərtilə erməni ideoloji kəsiminin nümayəndələri hər dönəmdə Almaniyaya nifrət ediblər”.

Bunu Bakıvaxtı.az-a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ermənilərin Almaniyaya nifərtinin arxasında 1915-ci ildəki olaylar dayanır:

“Onlar elə hesab edirlər 1915-ci il hadisələrini guya Almaniyanın dəstəklədiyi osmanlılar həyata keçirib. Bu mənada onlar Almaniyaya nifrət edirlər. İndiki dönəmdə də Almaniyaya nifrətləri qalmaqdadır. Barış elçisi olaraq, bölgəyə gələn Almaniya rəhbərliynin sabah Azərbaycana da səfəri baş tutacaq. Onu elçi kimi təsnif etdilər, amma elçi provokator çıxdı”.

Əziz Əlibəyli: Ermənilərin Almaniyaya nifərtinin arxasında 1915-ci il olayları dayanır

Ə.Əlibəyli Almaniyanın Ermənistana dəstəyi ilə bağlı qənaətini də bölüşüb:

“Almaniya erməniləri fransızların əlindən almağa çalışır, ermənilərin tarixən onlara qarşı formalaşmış nifrətlərini sevgiyə çevirməyə səy göstərir, Bunun üçün Ermənistanı iqtisadi tərəfdaşa çevirmək üçün anlaşmalar imzalayır. İdeoloji baxımından bitmiş bir məsələ üzərindən manipulyasiya edərək, qondarma Qarabağ məsələsini gündəmə gətirir. Rəsmi Bakı haqlı olaraq ciddi etirazını bildirdi. Azərbaycan Frank-Valter Ştaynmayerə kimliyini bildirdi. Onun bu addım Almaniya adına rəzalətdir”.

Məlumat üçün bildirək ki, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Bakıvaxtı.az-a XİN-dən məlumat verilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Almaniya Federativ Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Dövlət katibi Dörte Dingerin adından Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə ünvanlanan məktubda deyilir ki, Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib:

“Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır”.

Aydın Baxış


SON XƏBƏRLƏR