• Bakı 28° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Fransada meşə yanğınları antirekord qırır

DÜNYA

25 Iyul 2026 | 17:17

Fransada meşə yanğınları antirekord qırır

Fransada meşə yanğınları təxminən 98 min hektar ərazini əhatə edərək yeni tarixi antirekord müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky News" Fransanın daxili işlər naziri Loran Nunyesin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yanğınlar səbəbindən 197 min nəfər təxliyə edilib.

L.Nunyes qeyd edib ki, hazırda yanğın Bordo şəhərindən 30 km məsafədə yerləşir.

Nazirin fikrincə, alovla mübarizə uzun və ağır olacaq: 

"Yanğının söndürülməsi üçün 18 hava gəmisi səfərbər edilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026