Son günlər sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xəyal Hacıyevin adından yaradılmış saxta profillər vasitəsilə yayılan təhqiredici paylaşımlar ictimaiyyətdə narazılıq yaradıb.
Sosial mediada Hacıyevin adından müxtəlif şəxslərə qarşı etik normalara zidd ifadələr işlədildiyi, bəzən də vətəndaşların ünvanına təhqirlər yazıldığı iddia olunur.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a Xəyal Hacıyev özü açıqlama verib. Dediyinə görə, bu profillərin onunla heç bir əlaqəsi yoxdur və məqsəd onun nüfuzuna xələl gətirməkdir:
“Son vaxtlar sosial şəbəkələrdə mənim adım və fotomdan istifadə olunaraq müxtəlif feyk profillər açılıb. Bu profillərdən vətəndaşlara qarşı təhqiredici paylaşımlar edilir. Artıq 8 belə profilin mövcudluğu müəyyən edilib. Mənim bu paylaşımlarla heç bir əlaqəm yoxdur”.
Müsahibimiz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyimi deyib.
Xəyal Hacıyev əlavə edib ki, bu kimi hallar onun fəaliyyətinə kölgə salmaq və cəmiyyətdə mənfi rəy formalaşdırmaq məqsədi daşıyır:
“Aydın şəkildə görünür ki, bu, mənə qarşı aparılan qara PR kampaniyasıdır. Sosial mediada kimlərinsə saxta profillərdən istifadə edərək təxribat xarakterli paylaşımlar yayması qəbuledilməzdir. Hüquq-mühafizə orqanlarından xahiş etmişəm ki, məsələ araşdırılsın və bu işin arxasında kimlərin dayandığı müəyyənləşdirilsin”.
Əli Hüseynov
 Bakı 


