• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Göygöldə dərmandan ZƏHƏRLƏMƏ: ÖLƏNLƏR VAR - YENİLƏNİB

HADİSƏ

30 Avqust 2024 | 14:12 | Müəllif: Əli Hüseynov

Göygöldə dərmandan ZƏHƏRLƏMƏ: ÖLƏNLƏR VAR - YENİLƏNİB

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını yuduqları dərmandan zəhərlənib. Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026