• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü

HADİSƏ

29 Sentyabr 2024 | 09:40 | Müəllif: Subhan Mahmudov

Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılıb komaya düşdü

Bakının Yasamal rayonunda bədbəxt hadisə olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü Hüseynzadə Fərid Fəxri oğlu binanın 4-cü mərtəbəsindən yıxılıb.

O, ağır xəsarətlər alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, F. Hüseynzadə komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin dəqiq səbəbi araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026