• Bakı C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

SİYASƏT

12 Fevral 2026 | 08:56

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı. 

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.


SON XƏBƏRLƏR

11 Fevral 2026