Türkiyəli məşhur müğənni Hadisənin ötən axşam verdiyi konsertdə evliliklə bağlı açıqlamaları sosial medianın gündəminə bomba kimi düşüb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerlə bağlı etiraflar edib.
"Maşallah, bütün xoşbəxt evliliklər üçün bir alqış ala bilərəm. Bunu bacarmadım. Amma yenə də əbədi sevgiyə inanıram, dostlar".
Təxminən 14,5 milyon izləyicisi olan İnstaqram hesabında mahnının hekayəsini paylaşan 37 yaşlı pop ifaçısı səssiz ağlamasını "Neçə dəfə inanmışam, neçə dəfə olmuşam" sözləri ilə ifadə edib: "Ölmək istəyirdim. Ürəyimi yerimdən qoparmaq istəyirdim”.
Qeyd edək ki, iş adamı Mehmet Dinçerler ilə məşhur müğənni Hadisə ötən ilin aprelin 30-da ailə qurub, sentyabrın 30-da boşanıb.
“Sənət həyatımla bağlı Mehmet Dinçerlər tərəfindən təzyiq altındayam” iddiası ilə çıxış edən Hadisə və Mehmet Dinçerlərin boşanma davası bir iclasda yekunlaşıb.
Murad Məmmədli




















jpg-1686049879.webp)

