• Bakı 19° C

    6.93 m/s

Hakim partiyanın yeni nizamnaməsi dərc edilib

CƏMİYYƏT

08 Aprel 2021 | 11:37

Hakim partiyanın yeni nizamnaməsi dərc edilib

Hakim Yeni Azərbaycan Partiyasının nizamnaməsi partiyanın saytında dərc edilib.

Bakivaxti.az xəbər verir ki, üzvlərinin sayı 760 580 nəfər olan partiyanın əlavə və düzəlişlər edilmiş yeni nizamnaməsi partiyanın 2021-ci il martın 05-də partiyanın VII qurultayında qəbul edilib.

Nizamnamədə partiyanın yeni yaradılan strukturları-Partiyanın Mərkəzi Aparatı və Partiyanın Veteranlar Şurasının hüquq və səlahiyyətləri qeyd olunub.

Yeni Azərbaycan Partiyasının ilk Nizamnaməsi 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis Konfransında qəbul  olunmuş və partiyanın I (1999, dekabr), II ( 2001, noyabr) və III (2005, mart) qurultaylarında ona əlavə və düzəlişlər edilib. Hazırki Nizamnamə 2021-ci il martın 05-də partiyanın VII qurultayında qəbul edilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında”  qanuna əsasən siyasi partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan nizamnaməsi olmalıdır.  

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026