• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Həmin şəxslərə bu dərəcənin verilməsi nə böyük işdir ki?" - Siyavuş Novruzov

CƏMİYYƏT

14 Noyabr 2023 | 16:48

"Həmin şəxslərə bu dərəcənin verilməsi nə böyük işdir ki?" - Siyavuş Novruzov

"Azərbaycanın qələbəsini qəbul etməyən bəzi antiünsürlər var və ölkədə müəyyən məsələlərdən istifadə etməyə çalışırlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üzrə büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

"Sosial sahədə ictimaiyyət tərəfindən səsləndirilən problemlərdən biri də qazilərin əlillik dərəcəsinin alınması ilə bağlıdır. Biz ictimaiyyət, mətbuat tərəfindən də görürük ki, həmin şəxslər çox az qisimdir. Görürük ki, həmin şəxslər şüşə qırır, özünü yandırır və s. Düşünürəm ki, bu problemlə bağlı komissiya yaradılmalıdır. Həmin şəxslər, mətbuat nümayəndələri və s. səlahiyyətli şəxslər çağırılıb müzakirə aparılmalı, yoxlanılmalıdır ki, bu şəxsə düşür, yoxsa yox. Bundan başqa döyüşənlər yaxşı bilir ki, döyüş zamanı elə xəstəliklər ortaya çıxır ki, onu heç tibb də müəyyənləşdirə bilmir. 18 yaşlı şəxsin yanında o qədər faciələr yaşanır. Ona görə də həmin şəxslərə bu dərəcənin verilməsi nə böyük işdir ki? Düşünürəm ki, məsələ həll oluna bilər”, -deyə deputat bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026