“Son hadisələri nəzərə alaraq, Hindistan vətəndaşlarına növbəti bildirişədək İran İslam Respublikasına qeyri-zəruri səfərlərdən çəkinmələri tövsiyə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Rəsmi Dehli hazırda İranda olan Hindistan vətəndaşlarına ölkədə davam edən etirazların genişlənməsi fonunda maksimum ehtiyatlı olmalarını tövsiyə edib.
Xəbərdarlıqda qeyd olunur ki, hazırda İranda olan Hindistan vətəndaşları etirazlar və ya kütləvi toplantıların keçirildiyi ərazilərdən uzaq durmalı, yüksək ehtiyat tədbirləri görməli, xəbərlər və Hindistanın Tehrandakı səfirliyinin rəsmi internet saytı və sosial şəbəkə hesablarını mütəmadi izləməlidirlər.
Bakı 




