• Bakı C

    0.51 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

"Vaşinqton Post"da kütləvi ixtisar: 300 işçi çıxarıldı

DÜNYA

05 Fevral 2026 | 08:25

Vaşinqton Postda kütləvi ixtisar: 300 işçi çıxarıldı

Dünən bir neçə ildir davam edən iqtisadi böhrandan təsirlənən "Washington Post" qəzetində ixtisarlar baş tutub.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, onlayn görüş zamanı icraçı direktor Mett Murrey bütün şöbələrə təsir edən kütləvi ixtisar planını elan edib.

"Amazon"un rəhbəri Ceff Bezosa məxsus şirkət, ümumilikdə 800 jurnalistdən 300-ü daxil olmaqla, işçilərinin təxminən üçdə biri ilə yollarını ayıracaq. Bu tədbirlər 2023-cü ildən bəri yığılan maliyyə itkilərini aradan qaldırmaq üçün nəzərdə tutulub.

"Washington Post" əməkdaşlarının verdiyi məlumata görə, son üç ildə işçilərin sayı artıq 400 nəfər azalmışdı. Qeyd olunub ki, bu dəfə qəzetin bütün bölmələri ixtisarlardan əziyyət çəkəcək. Qüds və Kiyevdəki ofislər də bağlanacaq.

Qəzetin Qahirə müxbiri Kler Parker "X" platformasında yazıb:  "Bütün Yaxın Şərq müxbirləri redaktorlarımızla birlikdə işdən çıxarılıb. Məntiqi anlamaq çətindir".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Fevral 2026