• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hulusi Akar helikopter qəzasının ilkin səbəbini açıqladı

HADİSƏ

05 Mart 2021 | 09:08

Hulusi Akar helikopter qəzasının ilkin səbəbini açıqladı

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması qəfil pisləşən hava şərtləri səbəbindən baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar bildirib ki, ilkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması hava şəraitinin birdən pisləşməsi ilə əlaqədardır.

Nazir qeyd edib ki, fakt üzrə araşdırma başlayıb:

"Qəzanın dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəkdir".

Nazir bildirib ki, faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumları axtarış və xilasetmə işləri, ölənlərin cəsədlərin və yaralananların təxliyə edilməsi üçün bütün qüvvələri səfərbər ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR