Azərbaycanda icra qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı böyük bir islahat paketi hazırlanaraq hökumətə təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Biznesin İnkişafı Forumunda bildirib.
Nazir müavini qeyd edib ki, xüsusi icra institutunun tətbiqi ilə bağlı artıq müəyyən işlər görülür:
"İcra proseslərində effektivliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron icra” informasiya sisteminin yeni versiyasının istifadəyə verilib. Yenilənmiş sistemin icra icraatı çərçivəsində həyata keçiriləcək hər bir addımın asanlaşdırılmasına kömək edəcək".
T.Hüseynov icra sisteminin daha əlçatan olması, icra sənədlərinin icrasında effektivliyin və səmərəliliyin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən mühüm addımlar atıldığını deyib.
O bildirib ki, icra icraatı çərçivəsində borclunun əmlakı artıq ötən ilin sonunda Nazirlik tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə satılır:
"Bu da hərrac proseslərinin daha şəffaf, səmərəli və çevik həyata keçirilməsinə xidmət edir".