• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İki həftə əvvəl yol qəzasında xəsarət alan şəxs öldü

HADİSƏ

01 Iyun 2022 | 12:52

İki həftə əvvəl yol qəzasında xəsarət alan şəxs öldü

Qəbələ rayonunda iki həftə öncə baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, mayın 14-də Ağdaş-Zarağan avtomobil yolunun Qəbələnin Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alanlardan biri, rayonun Savalan kənd sakini, 1955-ci il təvəllüdlü Arzu Xasıyeva Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçinib.

Bununla da həmin qəzada ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, mayın 14-də Qəbələnin Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillərin toqquşması zamanı Afiq Mahmudov və “VAZ-2106”dakı sərnişin, Böyük Əmili kənd sakini, 1978-ci il təvəllüdlü Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026