• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İlham Əliyev Dritan Abazoviç ilə görüşdü

SİYASƏT

19 Yanvar 2023 | 17:26

İlham Əliyev Dritan Abazoviç ilə görüşdü

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verib.

Dritan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.


İlham Əliyev Dritan Abazoviç ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026