Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Bakıvaxtı.azxəbər verir ki, görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.
***22:34
Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Respublikasına səfərə gedib.
















