• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Fast-foodlarla qidalananlar daha tez-tez xəstələnir

CƏMİYYƏT

15 Yanvar 2025 | 15:28

Fast-foodlarla qidalananlar daha tez-tez xəstələnir

"Tez-tez xəstələnən uşaqların qidalanmasını soruşduqda, onların qeyri-sağlam qidalandığının şahidi oluruq".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, immun sisteminin əsasını 3 amil təşkil edir ki, onlar balanslı qidalanma, yuxu rejimi və stressdən uzaq olmaqdır.

"İmmun sisteminin ən vacib şərti qidalanmadır. Fast-foodlarla qidalanan insanlar daha tez-tez xəstələnir".

Həkim onu da deyib ki, hamilələr, yaşlılar, uşaqlar, xroniki xəstəlikdən əziyyət çəkənlər risk qrupuna daxildir ki, onlar qidalanmasına xüsusilə diqqət etməlidir.

Yaşlılardan danışan Z.Quliyev bildirib ki, yaş artdıqca ürək-damar xəstəliklərinin yaranması riski də artır:

"Yaşlı insanların qidalarında yağlardan mümkün qədər az istifadə etmək lazımdır. Çünki ürək-qan-damar xəstəlikləri əsasən yağlı qidalardan qaynaqlanır".

Mina Mikayılova


SON XƏBƏRLƏR