• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu xəstəlikdən sağalan uşaq ikinci dəfə... - İnfeksionistdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

17 Noyabr 2022 | 10:33

Bu xəstəlikdən sağalan uşaq ikinci dəfə... - İnfeksionistdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, İngiltərədə 19-cu əsrdə görülən və uşaq ölümlərinə səbəb olan xəstəlik yenidən gündəmə gəlib.

Mütəxəssislər, xüsusilə 10 yaşdan kiçik uşaqlarda görülən, qırmızı qızdırma xəstəliyinin anormal səviyyədə artdığını açıqlayıb.

İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, skarlatina virus mənşəli yox, bakterial xəstəlikdir: “Bu, streptekok bakteriyaları tərəfindən törədilir. Streptekok bakteriyaları revmatizm, boğaz ağrısı və s. bir çox xəstəliklər törədirlər”.

Onun sözlərinə görə, eyni zamanda, bu bakteriyaların bir növü skarlatina xəstəliyini törədir. Bunlar məxmər, qızılca xəstəliklərinə oxşayır. Dəridə qırmızı səpkili ləkələr, yüksək qızdırma olur. Qızdırma və ləkələr həmin streptekokların toksinlərinin təsiri nəticəsində baş verir: “Burda boğaz ağrısı ön planda olur. Xəstələrin dili və ağzı qırmızı rəngdə olur. Dil parlaq qırmızı rəngdə olduğu üçün buna moruğu dil deyirlər. Yəni, uşaq dilini çıxaranda asanlıqla onun bu xəstəliyi olduğunu ayırd etmək olur”.

M.Əliyev qeyd edib ki, ümumi götürdükdə, həm dəridə olan səpkilər, dildəki qırmızılar, qızdırma, boğaz ağrısı və boğazın ərpli olması bu xəstəliyin olduğuna işarədir: “Qeyd edim ki, xəstəliklə bağlı qusma da müşahidə edilə bilər. Qızdırmadan bir-iki gün sonra da dəridə qırmızı səpkilər müşahidə edilir. Ən çox da ətrafların bükülümündə qızarıqlıqlar müşahidə edilir. 4-5 gün ərzində yavaş-yavaş səpkilər və temperatur azalır, xəstə sağalır”.

Həkim bildirib ki, xəstə bir dəfə sağaldıqdan sonra daimi immunitet yaranır, ikinci dəfə həmin xəstəliyə yoluxmur. M.Əliyev onu da qeyd edib ki, bu, daha çox uşaqlarda rant gəlinən bakterial xəstəlikdir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026