• Bakı 12° C

    1.97 m/s

İngiltərədə silahlı atışma: 6 ölü

DÜNYA

13 Avqust 2021 | 18:10

İngiltərədə silahlı atışma: 6 ölü

İngiltərənin Plimut şəhərində atışma baş verib. Hadisədə təcavüzkar da daxil olmaqla 6 nəfər həyatını itirib. Daxili işlər naziri Priti Patel hər kəsi sakit olmağa və polisin tövsiyələrinə əməl etməyə çağırdı.

Bakıvaxtı.az xəbər verir ki, Sky News -dakı xəbərə görə, Plymouth şəhərinin Keyham bölgəsində atışma baş verib. Hücum nəticəsində 5 nəfər həyatını itirib. Yaralılardan bir neçəsinə xəstəxanada tibbi yardım göstərilib. Təcavüzkar polis tərəfindən güllələnib. Hücumun terrorla əlaqəli olmadığı bildirilib. Hadisə yerinə polis qrupları və təcili yardım maşınları göndərilib və ərazi mühasirəyə alınıb. İngiltərə Daxili İşlər Naziri,

Twitter hesabında etdiyi açıqlamada, hadisədən təəssüfləndiyini ifadə etdi. O, hər kəsi sakit olmağa və polisin tövsiyələrinə əməl etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026