• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb

DÜNYA

12 Sentyabr 2021 | 10:40 | Müəllif: Subhan Mahmudov

Çində koronavirusun yeni yayılma ocağı aşkarlanıb

Çinin şərqindəki Fuzyan əyaləti COVID-19-un yeni yoluxma episentri aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.

Belə ki, Putyan şəhərində virusa bir gündə 19, Syuançjouda 1 yoluxma aşkarlanıb. Ölkədə bir sutkada ümumilikdə 46 yeni yoluxma aşkar edilib, onların yarıdan çoxu xaricdən gələnlərdə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR