• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə koronavirusa yoluxma sayında rekord qeydə alınıb

DÜNYA

12 Oktyabr 2021 | 00:35 | Müəllif: Subhan Mahmudov

Türkiyədə koronavirusa yoluxma sayında rekord qeydə alınıb

Türkiyədə koronavirusa yoluxanların sayı aprelin 30-dan bu yana ən yüksək həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, oktyabrın 11-də 30 563 yeni COVID xəstəsi aşkar olunub.

Sutka ərzində ölümcül virusdan 188 nəfərin həlak olduğu bildirilib.

Qeyd edək ki, indiyədək Türkiyədə ən yüksək günlük yoluxma sayı cari ilin aprelin 16-da qeydə alınıb və 63 082 nəfər təşkil edib.

Ən yüksək sutkalıq ölüm faktı (394 nəfər) isə aprelin 30-na təsadüf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026