• Bakı 21° C

    5.28 m/s

ABŞ və Çin liderlərinin görüşü təsdiqləndi

DÜNYA

10 Noyabr 2021 | 22:10 | Müəllif: Subhan Mahmudov

ABŞ və Çin liderlərinin görüşü təsdiqləndi

Yaxın vaxtlarda ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında görüş baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “The New York Times” qəzetinin təşkil etdiyi illik konfransda məlumat verib.

O, görüşün videokonfrans formatında baş tutacağını bildirib.

Amerikanın xarici siyasət idarəsinin rəhbəri görüşün dəqiq tarixini açıqlamayıb.

Blinken həmçinin qeyd edib ki, liderlər bu il ümumi müddəti təxminən beş saat olan bir neçə telefon danışıqları həyata keçiriblər və indi onlar üçün virtual formatda da olsa, üzbəüz görüş təşkil etmək mümkündür. Dövlət Departamentinin rəhbəri nə vaxtsa Bayden və Cinpinin şəxsən görüşə biləcəyinə ümid etdiyini bildirib.(modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026