Hazırda Əfqanıstanda 20-dən çox terror strukturu fəaliyyət göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Əfqan istiqamətindən gələn əsas təhlükə terrorizm olaraq qalır. Müxtəlif hesablamalara görə, hazırda Əfqanıstanda ümumi sayı 23 mindən çox yaraqlı olan 20-dən çox terror strukturu fəaliyyət göstərir", - Patruşev bildirib.
Patruşev həmçinin vurğulayıb ki, Əfqanıstandan qaçqınların sayının artması regional sabitliyə təhlükədir.(axar.az)
















