Ukrayna Belarusdan qeyri-qanuni miqrasiya təhlükəsi ilə əlaqədar dövlət sərhədində sərhədçilərin sayını iki dəfə artıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Denis Monastırski məlumat verib.
O qeyd edib ki, sərhədin təhlükəsizliyi üçün Milli Qvardiya və Milli Polis də cəlb olunacaq:
"Sərhədçilərə gəlincə, dövlət sərhədində onların sayı iki dəfə artırılacaq. Sərhədə Milli Qvardiyanın və Milli Polisin ehtiyat qüvvəsi də cəlb olunacaq", - DİN rəhbəri söyləyib.
















