Yaponiyanın Akita əyalətində yerləşən bir quşçuluq fermasında quş qripi müəyyən olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, fermada yoxlanılan 13 ev quşundan 12-də quş qripi virusu aşkarlanıb.
Vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat verilib və təxminən 143 min ev quşu tələf edilib.
Qeyd edək ki, bir neçə gün öncə Danimarkada da iri quşçuluq fermalarından birində quş qripi aşkarlanmışdı.








jpg-1639117539.webp)







