• Bakı 23° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Fransa Şengendə islahatlara hazırlaşır

DÜNYA

09 Dekabr 2021 | 23:52 | Müəllif: Qalib İbrahimoğlu

Fransa Şengendə islahatlara hazırlaşır

Avropa sərhədlərini mümkün təcavüzdən qorumaq üçün ekstern müdafiə mexanizmini qurmaq barədə düşünür.

Bakıvaxtı.az
məlumatına görə,  Reyting.az  “RİA Novosti”yə istinadla xəbər verir ki, Paris Avropa Birliyinə sədrlik etdiyi zaman Şengen zonasında islahatlar aparmağa təşəbbüs göstərəcək. Bunu mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Biz budəfəki sədrliyimiz dövründə iki prioritet ətrafında Şengen zonasını islahatlara məruz qoymaq təşəbbüsü ilə çıxış edəcəyik”, - deyən fransız liderin sözlərinə görə, birinci prioritet avro zonasında olduğu kimi, Şengenə də siyasi idarəetmə tətbiq etməkdir.

Makron ikinci prioritetin böhran vəziyyətində Avropanın sərhədlərinin ekstern müdafiəsi mexanizminin yaradılması olduğunu deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026