Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.
Nazirin sözlərinə görə, COVID-19 infeksiyası ilə əlaqədar 418 min 264 nəfər test edilib, 66 min 237 nəfərin koronavirus testi pozitiv nəticə verib. 34 min 592 nəfər isə bu xəstəlikdən sağalıb.

















