• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Prezidenti özünü yaxşı hiss edir - Əminə Ərdoğan

DÜNYA

07 Fevral 2022 | 21:33 | Müəllif: Subhan Mahmudov

Türkiyə Prezidenti özünü yaxşı hiss edir - Əminə Ərdoğan

Koronavirusun "omikron" ştammına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəziyyəti yaxşıdır və məsafədən işləməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində R.T.Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan yazıb.

"COVID-19 üzrə testlərimizin cavabı müsbət çıxdıqdan sonra Tayyib bəy və mən evdə dincəlməyə və uzaqdan işləməyə davam edirik. Allaha şükür vəziyyətimiz yaxşıdır", - deyə Əminə Ərdoğan yazıb.

Xatırladaq ki, fevralın 5-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi "Twitter" hesabında özünün və həyat yoldaşının yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxduğunu bildirmişdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026