• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukrayna aerodromlarının 90 faizi məhv edilib - Rusiya 

DÜNYA

09 Mart 2022 | 19:03 | Müəllif: Subhan Mahmudov

Ukrayna aerodromlarının 90 faizi məhv edilib - Rusiya

Ukraynanın hərbi aviasiyasının əsas hissəsinin yerləşdiyi hərbi aerodromların 90 faizi sıradan çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib", - Konaşenkov əlavə edib.

Rusiya MN nümayəndəsi onu da qeyd edib ki, Ukrayna təyyarələrinin bir hissəsi Rumıniyaya uçub və döyüşlərdə iştirak etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR