Gürcüstan Hava Yolları (GHY) şirkəti müflis olmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Bildirilib ki, müxtəlif mətbuat orqanlarında aviaşirkətin müflis olmasına dair yer alan məlumatlar həqiqətə uyğun deyil:
“Gürcüstan Hava Yolları reabilitasiya mərhələsindədir. Bu, o deməkdir ki, aviaşirkət fəaliyyətini davam etdirir və müntəzəm reyslər yerinə yetirir. Hazırkı mərhələdə Tel-Əviv, Amsterdam və Vyanaya kommersiya uçuşları həyata keçirilir”.
Aviaşirkət dezinformasiya yaymaqdan çəkinməyə və hər hansı bir məlumatı əvvəlcə onlarla dəqiqləşdirməyə çağırış edib.
















