• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Merkellə Belarusu müzakirə etdi

DÜNYA

10 Noyabr 2021 | 18:15 | Müəllif: Subhan Mahmudov

Putin Merkellə Belarusu müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, AB ölkələri ilə Minsk arasında Belarus, Polşa və Litva sərhədində yaranan problemlər birbaşa təmaslar vasitəsilə müzakirə olunsun.

Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026