Almaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Bonn yaxınlığındakı dağlıq ərazidə baş verib.
Qəza nəticəsində azı iki nəfər həlak olub.
Təyyarədə olan sərnişinlərin sayı açıqlanmayıb.
Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilib.
















