• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

DÜNYA

12 Sentyabr 2021 | 11:30 | Müəllif: Subhan Mahmudov

Parisdə keçirilən mitinqdə 100-ə yaxın aksiyaçı saxlanılıb

Fransanın paytaxtı Parisdə sanitariya keçidlərinə qarşı keçirilən nümayişdə 96 nəfər saxlanılıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.

Sentyabrın 11-də Fransada ölkə daxilində təxminən 121 min adam nümayişlərə qatılıb. 19 min insan isə Parisdə etiraz edib. Aksiya zamanı 3 polis əməkdaşı yaralanıb.

Fransada doqquzuncu həftədir "COVID pasportlarına" qarşı nümayişlər davam edir. Etirazçılar Fransa prezidenti Emmanuel Makronu məhdudlaşdırıcı tədbirlərlə bağlı verdiyi sərəncamlara görə "vəzifə səlahiyyətlərindən sui -istifadə" və "dövlət çevrilişində" günahlandırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026