• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrovdan Əfqanıstanla bağlı ÇAĞIRIŞ

DÜNYA

12 Sentyabr 2021 | 00:56 | Müəllif: Subhan Mahmudov

Lavrovdan Əfqanıstanla bağlı ÇAĞIRIŞ

“Əfqanıstanda baş verən son hadisələr nəticəsində yaranan qaçqın problemininin həlli üçün bütün ölkələr öz imkanlarını səfərbər etməlidir”.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən brifinqdə deyib.

O bildirib ki, Əfqanıstandakı hadisələrin humanitar nəticələri qorxuncdur:

“Qonşu ölkələrin torpaqlarına Əfqanıstandan qaçqın axınının artması təhdidi bizi narahat edir. Qaçqınların çoxu Avropaya keçməyə çalışır və dəvət edilmədikləri ölkələr üçün ciddi problemdir. Bu problem ən qısa zamanda həllini tapmalıdır.

Bunun üçün Əfqanıstandakı siyasətləri belə məyusedici nəticələrə səbəb olanlar olmaqla, bütün əlaqədar ölkələr imkanlarını səfərbər etməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026