• Bakı C

    8.67 m/s

İordan çayına növbəti hücum: 4 fələstinli öldü

DÜNYA

15 Fevral 2025 | 11:48

İordan çayına növbəti hücum: 4 fələstinli öldü

İsrail əsgərlərinin İordan çayının qərb sahilində açdığı atəş nəticəsində Nur Şəms qaçqın düşərgəsində 3, Nablusda isə 1 fələstinli həlak olub.

Bakıvaxtı.az bu barədə WAFA-ya istinadla xəbər verir.

Fələstin Səhiyyə Nazirliyi ölənlərin Cihad Muşarika, Xalid Amir, Qəssan Əbu Abid və 19 yaşlı Adil Beşkar olduğunu açıqlayıb.

Bundan əlavə, israilli bir şəxs Deyr İstiyada fələstinli fermeri avtomobili ilə vurmağa cəhd edib, Cənubi İordan çayının qərb sahilində isə israillilər otlaqlara zəhər səpərək 26 qoyunun tələf olmasına səbəb olub.

Fələstin rəsmiləri bildirir ki, işğalçı İsraillilər 2024-cü ildə 2 971 dəfə fələstinlilərə qarşı hücum və təxribat törədib. 7 oktyabr 2023-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə 909 fələstinli, o cümlədən 167 uşaq İsrail hücumları nəticəsində həyatını itirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Fevral 2025