• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İran prezidenti: "Düşmənin hər hansı səhvi sürətli və sarsıdıcı cavabla qarşılanacaq"

SİYASƏT

04 Noyabr 2025 | 11:32 | Müəllif: Əli Hüseynov

İran prezidenti: "Düşmənin hər hansı səhvi sürətli və sarsıdıcı cavabla qarşılanacaq"

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müdafiə qüdrətinin iyun ayında baş vermiş 12 günlük müharibədən əvvəlki dövrlə müqayisədə xeyli artdığını bildirib.

Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadla xəbər verir.

Belə ki, o, Kirman vilayətinin rəsmiləri ilə görüşdə vurğulayıb ki, İran müharibə istəməsə də, düşmənin hər hansı səhvi sürətli və sarsıdıcı cavabla qarşılanacaq.

İran prezident qeyd edib ki, bəzi qüvvələr İranı və digər İslam ölkələrini zəiflətməyə çalışır. Pezeşkian müsəlman dövlətlərini ortaq düşmənlərə qarşı birləşməyə çağırıb.

O həmçinin bildirib ki, İran regional əməkdaşlıq sayəsində sanksiyaları neytrallaşdıraraq onları yeni imkanlara çevirə bilər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR