• Bakı 23° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İran XİN: “Hizbullah”ın, növbəti lideri ilə indiki kursunu davam etdirəcəyinə əminik

DÜNYA

29 Sentyabr 2024 | 08:55 | Müəllif: Subhan Mahmudov

İran XİN: “Hizbullah”ın, növbəti lideri ilə indiki kursunu davam etdirəcəyinə əminik

Tehran Livanın “Hizbullah” hərəkatının, lideri Həsən Nəsrullahın ölümünə baxmayaraq, əsas məsələlərə yanaşmasını dəyişməyəcəyinə əmindir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib

“Həsən Nəsrullah tərəfindən müəyyən edilmiş hərəkət istiqaməti dəyişməyəcək. Onun qarşıya qoyduğu vəzifələr yerinə yetiriləcək”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Ordusu Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat, lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026