İranın Mərkəzi Bankı ölkədə qeyri-iş günündə - 31 mayda rəsmi məzənnə ilə xarici valyutaların qiymətində ciddi dəyişiklik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend İranın Mərkəzi Bankına istinadən məlumat verir.
İranın Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 30 mayda 1 ABŞ dolları 42 min rial təşkil etdiyi halda, 31 mayda 369,959 min riala yüksəlib.
30 mayda 1 avro 45 407 rial təşkil etdiyi halda, 31 mayda 399,967 riala yüksəlib.
İranın Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnədə 31 mayda 1 Azərbaycan manatı 217,628 riala yüksəlib. Halbuki 1 manat 30 mayda 24,707 rial təşkil edib.
İranın Mərkəzi Bankı ölkədə rəsmi iş günlərində 47 xarici valyutanın məzənnəsini elan edir.
Əlavə edək ki, İranda həftənin 5-ci günü rəsmi qeyri-iş günüdür. (trend)




jpg-1719826338.webp)











