• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu

İQTİSADİYYAT

01 Iyul 2024 | 14:10

SOCAR-dan Gürcüstan yığmasına görə jest - Yanacaq 2 lari oldu

Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SOCAR Georgia məlumat yayıb. 

Belə ki, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım etmişdi. 

Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib. 


SON XƏBƏRLƏR

02 Iyul 2024