• Bakı 14° C

    2.89 m/s

İrəvan Teatrından ayrılan aktyor: "Allah kor deyil, bilsinlər!"

MƏDƏNİYYƏT

10 Yanvar 2024 | 12:27

İrəvan Teatrından ayrılan aktyor: "Allah kor deyil, bilsinlər!"

Ötən ilin sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev işdən çıxıblar. Səbəb teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Belə ki, sənədə imza atmayan aktyorlar ərizə yazaraq işdən çıxıblar.

Bakıvaxtı.az-a teatrdan ayrılmasından danışan aktyor Fərid Vəliyev bildirib ki, İrəvan teatrında son hadisələrdən sonra işdən çıxıb: “Bu, artıq keçmişdə qaldı. Ümid edirəm ki, hər kəs üçün hər şey yaxşı olacaq”.

Teatrdan ayrılan aktyor hazırda Şəmkirdə yaşayır: “Rayona qayıtmışam. Bunun iki səbəbi var: teatrda yaşadığım son hadisələr və anamın səhhəti. Anam əməliyyat olunacaq, ona görə kənddə - yanında olmalıyam. Ona qulluq etməliyəm.

Eyni zamanda son hadisələr ürəyimi o qədər bulandırdı ki, biraz uzaq qalsam, yaxşı olacağını düşündüm. Hər nə qədər çətin olsa da...”

Onun bundan sonra atacağı addımlara gəlincə, müsahibimiz qeyd edib ki, anası sağalandan sonra işə çıxacaq: “Anam sağalsın, ayağa qalxsın, ondan sonra işə baxacam”.

Aktyor heç bir dövlət teatrında işləyə bilməsə, “Sıfır” özəl teatrda sənətini davam etdirəcəyini deyib: “Çünki, “Sıfır” teatrı mənim öz evimdi, öz bədənimdi. Son olaraq bunu deyə bilərəm ki, haqq nazilər amma üzülməz. Allah kor deyil. Bilsinlər!”

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026