“Elşad Qarayev “Necə deyim sənə?” mahnısını oxuyub. Mahnını dəyişdirib, yəqin ki, elə yadında qalıb, elə də oxuyub”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi həmkarını məsğərəyə qoyub:
“O mahnı elədir ki, “Şur” üzərindədir. Oxuyub “Segah”a keçirsən, sonra yenidən “Şur”a qayıdırsan. Bu başqa yerə keçib. Bilmirəm, deyəsən, harasa gəzməyə gedib, qayıdanda da evə qayıda bilməyib. Mən ona demişəm ki, mahnını düz oxu!”
Ziyafət Əlisoy
















