“Gecələr beş dəfə oyanıram, yata bilmirəm, beynim oyanmır”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı “Həmin Zaur” verilişində deyib.
O, yuxusuzluq problemindən əziyyət çəkdiyini bildirib:
“Heç cür yata bilmirəm. 1-də, 2-də yatıram, 4-də oyanıram, filmə baxıram, nə edirəmsə, yata bilmirəm, olmur”.
Qeyd edək ki, İbrahim Borçalının 20 yaşlı oğlu 2020-ci ildə yol nəqliyyat hadisəsində dünyasını dəyişib.
Ziyafət Əlisoy
















