2023-cü ildə Hollivudda ən çox gəlir əldə edən aktyor Adam Sandler olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Populyar komediyaçının il ərzində qazancı 73 milyon dollar təşkil edib.
Sandler bu gəlirin böyük hissəsini “Netflix” ilə uzunmüddətli əməkdaşlıqdan əldə edib.
Reytinqdə ikinci yeri ilin ən çox gəlir gətirən filmi "Barbie"nin ulduzu Marqot Robbi tutub. 2023-cü ildə o, “Barbie”, “Asteroid City” filmlərində və “Saltburn” layihəsində iştirakına görə 59 milyon dollar qazanıb.
Ən çox qazanan aktyorlar üçlüyünü Tom Kruz tamamlayıb, onun il ərzində qazancı 45 milyon dollar təşkil edib.
Günəş Mərd
















