“Bir kişiyə o vaxt hörmət qoyulur ki, ailəsinin başında dursun. Qadınına hörmətlə yanaşsın. Xanımı ilə dalaşanda üslubuna diqqət etsin”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial media hesabındakı paylaşımına yazıb.
Nazilə fikirlərini belə davam etdirib:
“Uşaqların sayını artırmazdan öncə onları necə qidalandırcağını və tərbiyə edəcəyini düşünsün. Qarın bəsləyib, yoğun boyunla rahat yatan kişinin arvadı cırıq paltarda gəzirsə, uşağı “TikTok”da dilənməyə məcbur qalırsa, o kişinin kişilikdə payı yoxdur”.
Ziyafət Əlisoy
















