• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Yas yerində bircə araq çatmır” – Cavanşir Məmmədov

MƏDƏNİYYƏT

09 Fevral 2024 | 09:41

“Yas yerində bircə araq çatmır” – Cavanşir Məmmədov

“Yas yerinə gedirsən, bircə araq çatmır. Qalan hər şey var – dolma, kiftə, parça, aş, onun qarası. Onları yeyib içəndən sonra başlayırlar ləpə yeməyə”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Gəl, danış” verilişində deyib.

O, insanlar tərəfindən adətlərimizin pozulduğunu bildirib:

“Bunu kasıb edə bilmir. Deyirik ki, bu qaydaa-qanun belədir. Məscidlər bunları qəbul eləməsin. Desin ki, mən ancaq pendir, çörək verirəm. Mən dinimi, öz millətimin qaydalarını çox gözəl bilirəm, həmçinin çox sevirəm. Məni İngiltərədə türklər saxlayıb dedilər ki, qal burada, sənə üç otaqlı ev veririk, restoranda oxuyursan, gününə 100 avro veririk, əlavə olaraq nə qədər qazansan, sənindir. Mən bunları qəbul etmədim, vətənimi sevirəm. Xalqıma xidmət etməliyəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026